O'zbekiston ERK Demokratik Partiyasi

26 йиллик ҳасратга нуқта қўйиладими?

26 йиллик ҳасратга нуқта қўйиладими?
130 views
10 February 2018 - 22:59

26 ILLIK HƏSRƏTƏ SON QOYULACAQMI?

Özbəkistanda maraqlı hadisələr baş verir. Yeni prezident Şövkət Mirziyayevin uzun müddətdir həbsdə saxlanan müxalifətçiləri azadlığa buraxması, eləcə də Kərimov hakimiyyəti dövründə qanlı siyasi repressiyaları həyata keçirən Milli Təhlükəsizlik naziri Rüstəm İnaətovu işdən uzaqlaşdırması və sələfinin qurduğu sistemin hamını narahat edən əzi cəhətlərin tənqidə tutması müəyyən ümidlər yaratmaqdadır. Özbək cəmiyyəti prezidentin bu addımarından ruhlanmış kimi görsənirlər. Bunun bir əlamətini ötən gün ölkənin tanınmış bir sıra ədiblərinin preizdentə müraciətini saymaq olar. Bu müraciətin məzmunu uzun illərdir mühacirətdə yaşamağa məcbur olan özbək müxalifət lideri Məhəmməd Salehin ölkəyə qaytıtmasına şərait yaradılmasına dairdir. Əməkdaşımız Natiq Güləhmədoğlu ötən gün öz facebook səhifəsində bu gəlişmə barədə qeydlərini edib.

Onun yazdıqları özbək milli fəalları tərəfindən də rəğbətlə qarşılanıb və bir neçə özbək saytıhəmin qeydləri öz dillərinə uyğunlaşdıraraq yayımlayıb. Məsələn, Özbək xalq hərkatının saytı (http://uzerk.org/archives/51223) eləcə də “Dünya özbəkləri” saytı.

Əməkdaşımızın qeydlərini olduğu kimi təqdim edirik.

***

Özbəkistanı bilirik. Zəngin tarixi irsə sahib bu Türküstan ölkəsini zalım diktator İslam Kərimovun qətlyam məkanına çevirdi. Azadlıq, ədalət, demokratiyaya uzun illərdir təşnə qalan bir bəxtsiz ölkə!

Bizdən fərqli olaraq özbək qardaşlarımızın Sovetlərdən sonra heç bir il də olsun demokratik hakimiyyəti dadmaq imkanı olmayıb. Qolu qüvvələnən Kərimov öldüyü gününə qədər özbəklərə zülm etdi, onların danışan dillərin, düşünən beyinlərin məhv etməyə çalışdı. Ancaq, tarix ona da istisnalıq tanımadı, əbədi hakimiyyət sevdası gözündə qaldı; indi özü cəhənnəmdə, qızı türmədə, adı da dillərdə lənət kimi dolaşmaqdadır.

Özbəkistana yeni prezident gəlib-Şövkət Mirziyayev. Uzun illərdir günahsız yerə zindanda saxlanan siyasi məhbusları o azadlığa buraxıb. Bu siyasi həbsləri həyata keçirən özbək “KQB”sının də rəhbərliyini cəzalandırmağa başlayıb. Bu Özbəkistanın xöşbəxtliyin azru edən insanlarda ümid yaradıb, o cümlədən bəndənizdə. Özbək ziyalıları da şükür, ki özlərinə gəlirlər. Bu gün oxudum ki, bir qrup yazıçı-şair prezidentlərinə müraciət edib ki, 1992-ci ildən mühacirədə yaşayan Məhəmməd Salehin ölkədə dönüşünü təmin etsin.

Böyük yurdsevər, azadlıq mücahidi Məhəmməd Saleh barədə çalışacam yaxınlarda ətraflı bir məqalə yazım. Hələliksə onu bildirim ki, bu bəy 1980-ci illərin başından ölkəsinin azadlığı üçün çarpışıb. Özü çağdaş özbək şeirinin ən parlaq nümayəndələrindəndir. Hələ 70-80 ci illərdə fransız ekzistensialstlərindən- Sartr, Kamyüdan, tərcümələr edib, özü olduqca təsirli şeirlər müəllifidir. M.Saleh özbək Yazıçılar Birliyinin sədri olub. Elə o postda olduğu dövrdə (1988-91) müxalif ERK hərəkatın yaradıb, müstəqilliyin qazanılmasında o və tərəfdaşları şəriksiz rol oynayıb.

1991-ci ilin sonunda keçirilən seçkidə o favort namizəd olsa da, İslam Kərimov seçkiləri saxtalaşdırdığından prezident ola bilmədi və o gündən Özbəkistan üçün qara günlər başladı. Eləcə də ERK partiyasının sıradan çıxarılması üçün Kərimov-KQB tandemi xeyli yaramaz işlər gördü. Partiyanın qərargahı, qəzeti bağladıldı, üzvlər həbsə atıldı, öldürüldü və s. (M.Salehin qardaşı jurnalist Muhammad Bekjan 15 il türmədə oturdu, yalnız keçən il fevralda azad edildi). 26 ildir M. Saleh mühacirətdədir və bu müddətdə ona qarşı ağlagəlməz ittihamlar irəli sürülüb, hətta qiyabi formada 15 il cəza da kəsilib. Amma, o heç zaman susmayıb, inamın, əqidəsin, davasın fasiləyə buraxmayıb. İndi çox yaxşı əlamətdir ki, özbək yazıçıları belə bir yurdsevər, dəyərli insanının öz ölkəsinə qayıtması üçün cəsarət nümayiş etdirirlər. Arzu edirəm ki, bu müraciət kağız üzərində qalmasın. Onu da istərdim ki, bizim yazarlar da bu təşəbbüsə qoşulsunlar. Mən özüm özbək prezidentinə bu mövzuda məktub yazacağam.

Nə bilmək olar, bəzən heç əhəmiyyət vermək istəmədiyimiz söz, məktub bizi təsirinə, sehrinə salır.

Muhammad Solih hoca, uzun illərdir həsrət qaldığın ata yurdun sərt kontenental havasını tezliklə ciyərinə çəkmək nəsibiniz olsun!

natiqedilov

Natiq Güləhmədoğlu

Манба: www.azadliq.info